Şuşa.Trend:
Biz harada kömək edə biləriksə, hər zaman orada səmimi şəkildə dəstək olmuşuq və bu, bizim əsas davranış xəttimizdir. Artıq bu, bir ənənəyə çevrilib: əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik. Əvvəllər belə bir imkanımız yox idi. Lakin bu gün artıq həm maddi, həm siyasi, həm də digər məsələlər baxımından bunu etməyə qadirik.
Bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirib.
Dövlətimizin başçısı Azərbaycanın artan rolundan danışaraq, burada etimad, səmimiyyət və dürüstlüyün əsas amillər olduğunu vurğulayıb. “
Prezident İlham Əliyev, həmçinin Qoşulmama Hərəkatına üzv olan 120 ölkənin Azərbaycana yekdil şəkildə səs verməsini Azərbaycana göstərilən böyük etimad və etibarın təzahürü kimi qiymətləndirib.