Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp güclü tufana baxmayaraq, ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə Vaşinqtonda planlaşdırılan çıxışını ləğv etməyəcəyini bildirib.
Bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Tramp paylaşımında bildirib ki, əlverişsiz hava şəraitinin keçməsini gözləyəcək və "nə olursa-olsun" nəzərdə tutulan çıxışını edəcək.
Onun çıxışının iyulun 5-də Moskva vaxtı ilə saat 06:00 radələrində başlaması gözlənilir.