Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bildirib ki, ölkəsi İran rəhbərliyinə sui-qəsd etmək niyyətində deyil. Çünki bu, İranla gələcək danışıqları qeyri-mümkün edər.
Bu barədə “Axios” portalı ABŞ Prezidenti ilə müsahibəyə istinadla məlumat yayıb.
Bildirilib ki, Donald Tramp İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimini izlədiyini vurğulayıb. O, həmçinin İran rəsmilərini öldürmək üçün zərbə endirilməsi ehtimalı barədə deyib:”Biz bunu etməyəcəyik, çünki o zaman danışıqlar aparacaq heç kimimiz olmayacaq".