Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp gələn həftə İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ-da görüşməyə hazır olduğunu bildirib.
Bu barədə "Axios" portalı ABŞ liderinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp şənbə günü Axios-a müsahibəsində Netanyahunun Ağ evdə görüş keçirilməsi xahişi ilə ona müraciət etdiyini və görüşün Trampın NATO sammitindən qayıtmasından sonra, artıq gələn həftə baş tuta biləcəyini deyib.
"Bizim münasibətlərimiz çox yaxşıdır", – deyə Tramp İsrailin Baş naziri haqqında deyib.
ABŞ Prezidenti həmçinin bildirib ki, ABŞ ilə İsrail arasındakı münasibətlər kontekstində Netanyahu "burada əsas söz sahibinin kim olduğunu bilir".
Qeyd edək ki, NATO-nun Ankara sammiti iyulun 7-8-də keçiriləcək.