Bakı. Trend:
Macarıstan hökuməti parlamentə 17-ci konstitusiyaya düzəliş layihəsi təqdim edib. Bu düzəliş prezident Tamaş Şujokun vəzifəsindən getməsini tələb edir.
Bu barədə Macarıstanın Baş naziri Peter Magyar bildirib.
"Bu düzəlişin qəbul edilməsi ilə respublikanın hazırkı prezidentinin səlahiyyət müddəti başa çatacaq”, - deyə hökumət başçısı Macarıstan televiziya kanallarında yayımlanan video müraciətində bildirib. Magyarbildirib ki, Şuyok vəzifəsini yerinə yetirməməsi və Viktor Orbanın rəhbərlik etdiyi əvvəlki hakimiyyətin sui-istifadə hallarına göz yumması səbəbindən vəzifəsində qala bilməz.
Baş nazir Macarıstanda yeni konstitusiyanın hazırlanacağını və daha sonra ümumxalq referendumuna çıxarılacağını təsdiqlədi. "Bu proses payızda başlayacaq", - deyə o, dəqiqləşdirib.