Bakı. Trend:
ABŞ ilə İran arasında danışıqlar iyulun 11-də Pakistanda davam edə bilər.
Bu barədə "Al Arabiya" televiziya kanalı mənbələrə istinadən xəbər verib.
"ABŞ-İran danışıqları iyulun 11-də Pakistanda keçiriləcək", - deyə bildirilib.
Məlumata əsasən, bu danışıqlarda sanksiyalar, dondurulmuş İran aktivləri və nüvə məsələsi kimi mövzular müzakirə olunacaq.