Bakı. Trend:
"Azərişıq" ASC Salyan rayonunun Qarabağlı kəndində elektrik şəbəkəsi infrastrukturunun yenidən qurulması üzrə tender elan edib.
Tenderin predmeti SIP-3 tipli 6 kV-luq hava elektrik verilişi xəttinin, komplekt transformator məntəqələrinin (KTM) və özüdaşıyan izolyasiyalı naqillərdən istifadə edilməklə 0,4 kV-luq elektrik şəbəkəsinin yenidən qurulması işləridir.
Tenderdə iştirak haqqı 1 000 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 31 iyul 2026-cı il saat 10:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da həmin gün saat 10:00-da (GMT+4) keçiriləcək.
Əlavə məlumat üçün: (+994 12) 440 39 93 (9219).
Əlaqələndirici şəxs: Namiq Heybətov.
E-poçt: [email protected]
Ünvan: AZ1065, Bakı şəhəri, Bəxixanov küçəsi, 13.