"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, adıçəkilən stansiyanın tikintisinin yaxın vaxtlarda başa çatıdırlması mümkün deyil:
Hələ ki dəqiq vaxt demək olmaz. Çünki, ona qədər konseptual inkişaf sxemi və Bakı şəhərinin Baş planı üzrə müəyyən məsələlər həllini tapmalıdır. İşlərə başlanılması "Xətai" stansiyasındakı sonrakı sahənin inşası ilə birbaşa əlaqədərdır. Bu məsələlərə aydınlıq gətirildikcə, ictimaiyətə əlavə məlumatlar veriləcək. Amma hal-hazırda bu barədə danışmaq çox tezdir".