Bakı. Trend:
Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığı gücləndirməkdə qərarlıdır.
Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman özünün "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
"Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib, həyatını Azərbaycanın müdafiəsinə həsr etmiş insanların xatirəsini ehtiramla yad etdim.
Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığımızı daha da gücləndirməkdə qərarlıdır", - deyə səfir qeyd edib.
