Füzuli. Trend:
Füzulidə qəbiristanlıq ərazisində yanğın hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata əsasən, hadisə rayonun Babı və Arayatlı kəndlərinə aid qəbiristanlıqda qeydə alınıb.
Alovun quru ot örtüyünü bürüməsi nəticəsində məzarların üzərinə qoyulmuş gül və çiçəklər yanıb, bəzi qəbir daşlarına isə zərər dəyib.
Hadisə yerinə operativ şəkildə gələn FHN əməkdaşları yanğını nəzarətə götürərək onun ətraf sahələrə keçməsinin qarşısını alıblar.
Baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

