Bakı. Trend:
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Aşura günü ilə əlaqədar könüllü qanvermə aksiyası təşkil olunub.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Qanvermə prosesi müvafiq tibbi qaydalara və gigiyenik normalara tam əməl olunmaqla yüksək səviyyədə təşkil edilib.
Toplanan qan ehtiyatları müvafiq qaydada yoxlanıldıqdan sonra talassemiya, hemofiliya, eləcə də qana təcili ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.







