Bakı.Trend:
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə iyunun 23-ü saat 23 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Əliyev Ceyhun Rəhim oğlunun idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil ilə 2004-cü il təvəllüdlü İsmayılov Amid Vidadi oğlunun idarə etdiyi “Tufan M50” markalı moped toqquşub.
Nəticədə moped sürücüsü Amid İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.