Bakı. Trend:
Bu il paytaxtda 46 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin məlumatına görə, tədris ili ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46 531 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.
"Bu tədris ilində Bakıda 21 000-dən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub. BŞTİ-nin tabeliyindəki 295 ümumi təhsil müəssisəsində 928 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub", - məlumatda qeyd olunub.