Bakı. Trend:
"Barselona" iyunun sonunda müqaviləsi başa çatan Andreas Kristensenlə bağlı qərar verib.
İspaniya çempionu danimarkalı futbolçunu komandada saxlayacaq. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
30 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Andreas Kristensen 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Danimarka millisinin üzvü 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.