Bkı. Trend:
Yaponiyanın Tokioda şəhərinin Kita rayonunda yerləşən ibtidai məktəbdə baş verən yanğın nəticəsində ən azı altı uşaq xəsarət alıb.
Bu barədə "TBS" telekanalı məlumat yayıb.
Məlumata görə, məktəbdə təxminən 300 şagird təhsil alır. Onlar yaxınlıqdakı parka təxliyə edilib. "NHK" telekanalının məlumatına əsasən, bir müəllim də xəsarət alıb.
Yanğının musiqi otağında başladığı ehtimal edilir.
Hadisə yerindən yayılan kadrlarda qalın qara tüstü sütunları görünür. Yanğının söndürülməsi üçün əraziyə 50-dən çox yanğınsöndürmə briqadası cəlb olunub.