Bu ilin birinci rübündə Azərbaycana dünyanın 171 ölkəsindən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, gələnlərin 28,7 %-i Rusiya Federasiyası, 19,3 %-i Türkiyə, 10,3 %-i İran, 7,2 %-i Hindistan, 4,8 %-i Gürcüstan, 3,2 %-i Qazaxıstan, hər birindən 2,4 % olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8 %-i Özbəkistan, hər birindən 1,5 % olmaqla Türkmənistan və Küveyt, 1,4 %-i Ukrayna, 1,2 %-i Belarus, 12,2 %-i digər ölkələrin vətəndaşları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2 dəfə, Qırğızıstandan - 2 dəfə, İspaniyadan - 1,9 dəfə, Filippindən - 1,9 dəfə, İtaliyadan - 1,8 dəfə, Omandan - 1,7 dəfə, Tacikistandan - 1,7 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İrandan - 1,6 dəfə, Türkmənistandan - 1,6 dəfə, İordaniyadan - 1,5 dəfə, Almaniyadan - 49,5 %, Özbəkistandan - 47,5 %, Küveytdən - 42,4 %, Yəməndən - 38,6 %, Polşadan - 37,7 %, ABŞ-dan - 32,1 %, Ukraynadan - 26,1 %, Fransadan - 25,7 %, Türkiyədən - 25 %, Pakistandan - 24,3 %, Rusiya Federasiyasından - 23,8 %, Misirdən - 22,5 %, Gürcüstandan - 19,3 %, Niderlanddan - 17,8 %, Böyük Britaniyadan - 14,2 % artıb.Ötən ilin yanvar-mart ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 18,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 91,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31 % artaraq 198,3 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 %-i hava, 30,9 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.Ötən ilin birinci rübü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 31,7 % artaraq 472,3 min nəfər olub.
Dövr ərzində İrana gedən Azərbaycan vətəndaşlarının sayı 40,6 %, Gürcüstana gedənlərin sayı 29 %, Türkiyəyə gedənlərin sayı 28,1 %, Rusiya Federasiyasına gedənlərin sayı 20,1 % artıb. Azərbaycan vətəndaşlarının 38,3 %-i Türkiyəyə, 20,8 %-i Rusiya Federasiyasına, 9,4 %-i Gürcüstana, 8,6 %-i İrana, 22,9 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,2 %-ini kişilər, 32,8 %-ini qadınlar təşkil edib.
Bu ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,4 %-i hava, 30,3 %-i dəmir yolu və avtomobil, 2,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.