Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.
İclasdan sonra iştirakçılar Ağdərə şəhərinin Baş planı ilə tanış olublar.
Onlara şəhərin inkişaf perspektivləri və nəzərdə tutulan layihələr barədə məlumat verilib.


