Bakı. Trend:
Bakının Yasamal rayonunda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.
Trend-in məlumatına görə, hadisə noyabrın 5-də saat 18:30 radələrində Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən hündürmərtəbəli binanın yeraltı dayanacağının çıxışında baş verib.
Belə ki, 1958-ci il təvəllüdlü bina sakini Həsən Seyidbəyov idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə dayanacaqdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Sadıqovanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.