Bakı. Trend:
Tovuz rayonunda su kanalından meyit aşkar edilib.
Trend-in məlumatına görə, hadisə iyunun 15-də rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd ərazisindən keçən “Ağstafa” su kanalının “Məhsul” arena yaxınlığından keçən hissəsində Dəmirov Sərxan Qüdrət oğlunun meyiti aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.