Bakı. Trend:
İran və ABŞ arasında yekun razılaşmada nüvə məsələsi ilə əlaqədar anlaşımazlıqların həlli və sanksiyaların ləğv edilməsi yer alacaq.
Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda xarici ölkələrin səfirləri və diplomatarı ilə görüşdə deyib.
Onun sözlərinə görə, ABŞ, İsrail və İran arasında hərbi eskalasiyanı nəzərə alaraq müzakirələrin iki mərhələli olması nəzərdə tutulub.
Əraqçi əlavə edib ki, ilk mərhələdə müharibəyə son qoyulması, Hörmüz boğazındakı məhdudiyyət, dəniz blokadası və əlaqədar məsələlərin həll edilməsidir.
Əraqçi qeyd edib ki, ABŞ, İsrail və İran arasında müharibənin ortalarında başlanan müzakirələr 3 ay davam etdikdən sonra tərəflər ilk mərhələ üzrə razılığa gələ biliblər. Bu mərhələnin sonu olaraq bir anlaşma memorandumumu imzalanacaq. Sonradan 60 gün müddət ərzində yekun razılaşmanın əldə olunması üçün danışıqlar aparılacaq.
İranlı nazir bildirib ki, ilk mərhələ üzrə anlaşma memorandumu rəsmi şəkildə 19 iyundan qüvvəyə minəcək.
“İranın qənaətincə, bu anlaşmanın iki tərəfi – bir tərəfdə ABŞ və İsrail, digər tərəfdə isə İran və Livan Hizbullahıdır. Livanda müharibənin başa çatması müharibənin tam şəkildə başa çatmasının ayrılmaz hissəsidir. İranın fikrincə, Livana hər hansı hücum anlaşma memorandumunun pozulması hesab olunacaq”, - deyə o qeyd edib.