Bakı. Trend:
Ölkəyə pul köçürmə sistemləri vasitəsilə 2026-cı ilin ilk rübündə Azərbaycana 296,9 milyon dollar pul baratı daxil olub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.
Azərbaycana ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə olub:
Rusiya - 110,8 milyon ABŞ dolları; Türkiyə - 49,9 milyon ABŞ dolları; İrlandiya - 24,6 milyon dollar; ABŞ - 23,9 milyon dollar Birləşmiş Krallıq - 10,5 milyon ABŞ dolları;
S. Nəsirov vurğulayıb ki, dövr ərzində Azərbaycandan xaricə köçürülmüş pul baratlarının həcmi 103,9 milyon dollar olub.
Azərbaycandan ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə olub:
Türkiyə- 28,2 milyon dollar; ABŞ - 16,2 milyon dollar; Rusiya - 10,2 milyon dollar; Birləşmiş Krallıq - 6 milyon dollar; Gürcüstan- 5,6 milyon dollar