Bakı. Trend:
Əfsanəvi Maykl Ceksonun həyatından bəhs edən "Michael" filmi yeni rekord qırıb.
Xarici mediada yayılan məlumata görə, film dünya üzrə 911,9 milyon dollar gəlir əldə edib və 2018-ci ildə çəkilmiş “Bohemian Rhapsody” filminin rekordunu təzələyib (hər iki filmin prodüseri Qrem Kinqdir).
24 aprel tarixində baş tutan premyeradan iki ay sonra “Michael” bütün zamanların ən çox gəlir gətirən musiqiçi bioqrafik filmi olub. Film həm də Kristofer Nolanın 2025-ci ildə çəkilmiş “Oppenheimer” filmindən sonra ən yüksək gəlir gətirən ikinci bioqrafik film kimi tarixə düşüb.