Bakı. Trend:
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun seçmə mərhələsində final oyununa çıxıb.
Komanda həlledici görüşdə İrlandiya ilə üz-üzə gəlib.
Matç yığmanın 21:20 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, Azərbaycan millisi Avropa Kubokunun final mərhələsinə yüksəlib.
Turnirin final mərhələsi 11-13 sentyabr tarixlərində Belçikanın Antverpen şəhərində keçiriləcək.