Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ABŞ və İran arasında nüvə enerjisi ilə bağlı potensial razılaşmalara riayət olunmasının yoxlanılmasında vasitəçi olmağa hazırdır.
Bu barədə BAEA-nin baş direktoru Rafael Qrossi deyib.
"Agentlik üçün ən vacib məsələ yoxlamadır və bizim iştirakımız mütləq təmin edilməli olan çox mühüm bir formallıqdır", - deyə R. Qrossi Vyanada dünya mediasının nümayəndələri ilə görüşdə bildirib.
"Onlar razılığa gəldikdən və yoxlama prosesini üzərimizə götürməyimizi xahiş etdikdən sonra mən [BAEA İdarəçilər Şurasına] müraciət etməli və bunu həyata keçirmək üçün onların icazəsini almalı olacağam", - deyə o əlavə edib.