Bakı. Trend:
Amerikalı sahibkar İlon Mask SpaceX şirkətinin səhmlərinin IPO vasitəsilə yerləşdirilməsi sayəsində tarixdə ilk trilyoner olub.
Bu barədə "Reuters" agentliyi xəbər verib.
Məlumata əsasən, şirkət daha əvvəl IPO çərçivəsində rekord həcmdə - 75 milyard dollar cəlb edəcəyini bildirib.
ABŞ-nin "SpaceX" şirkəti iyunun 11-də keçiriləcək birja yerləşdirməsi ərəfəsində səhmlərinin sayını və qiymətini açıqlayıb. Şirkət hər biri 135 dollar olmaqla 555 555 555 səhm yerləşdirib.