Bakı. Trend:
Böyük Britaniyanın keçmiş daxili işlər nazirinin müavini Den Carvis müdafiə naziri təyin edilib.
Bu barədə Britaniya Baş naziri Kir Starmerin mətbuat xidməti bildirib.
"Kral [III Çarlz] aşağıdakı təyinatı təsdiqləmək qərarına gəldi: parlament üzvü Den Jarvis MBE müdafiə naziri təyin edilib", - deyə qeyd olunub.
D. Jarvis Böyük Britaniyanın müdafiəsinə qoyulan investisiyaların yetərli olmadığını düşündüyünə etiraz olaraq istefa verən Con Heylini əvəz edəcək.