Bakı. Trend:
Londonun "ICE" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti 17 apreldən bəri ilk dəfə bir barel üçün 89 dollardan aşağı düşüb.
Bu barədə ticarət platformasından məlumat verilib.
Saat 23:32-yə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 4,77 faiz azalaraq barel üçün 88,66 dollara düşüb.
Saat 23:37 üçün "Brent" markalı neftin qiyməti 88,59 dollar/barel (4,84%) təşkil edib. Bu arada, 2026-cı ilin iyul ayı üçün WTI markalı neftin fyuçersləri 4,63% azalaraq 85,86 dollar/barel təşkil edib.