Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Bu barədə İsrail Baş nazirinin mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, B. Netanyahu İranla yekun razılaşmaya zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması və Tehranın raket istehsalına məhdudiyyətlər qoyulması ilə bağlı müddəaların daxil edilməsi vədinə görə təşəkkür edib.
"Prezident Tramp Baş nazir Netanyahu ilə danışıqlara başlamaq üçün əsas kimi İranla əldə edilən razılaşmaları müzakirə edib. İsrail bu razılaşmaların tərəfi olmasa da, Baş nazir danışıqlar yolu ilə əldə edilən yekun razılaşmanın zənginləşdirilmiş nüvə materiallarının çıxarılmasını, zənginləşdirmə istehsal bazasının sökülməsini, raket istehsalına məhdudiyyətlərin qoyulmasını və İranın bölgədəki terrorçu qruplara dəstəyinə son qoyulmasını əhatə edəcəyinə dair vədinə görə Prezident Trampa minnətdarlığını bildirib", - deyə bildirilib.