Bakı. Trend:
Xatırlayırsınızsa, xüsusilə “kölgə”də fəaliyyət göstərən vətəndaşlarımızın əmək müqaviləsi olmadan çalışmaları, sosial müdafiə sistemindən kənarda qalmaları məsələlərinə böyük diqqət yetirirdik. Çünki gələcəkdə bu, həm vətəndaşların pensiya yaşına çatdıqda hüquqlarının təmin edilməsi, həm də dövlətin onların sosial müdafiəsini təşkil etməsi baxımından vacib məsələdir.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində deyib.
“Burada yəqin ki, ən böyük nəticə verən layihə 2019-cu ildən 2025-ci il də daxil olmaqla yeddi il ərzində tətbiq olunan qeyri-neft-qaz və qeyri-dövlət sektorunda fiziki şəxslərin gəlir vergisindən azad olması mexanizmi idi. Hətta gözləntilərimizi üstələyən nəticələr əldə olundu”, – deyə nazir diqqətə çatdırıb.