Bakı. Trend:
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 08:55:53-də qeydə alınan 3.1 maqnitudalı yeraltı təkanların episentri 18 kilometr dərinlikdə yerləşib.