Bakı. Trend:
Amerikalı Apple Inc. şirkəti illik Ümumdünya Tərtibatçılar Konfransı (WWDC) çərçivəsində Siri səs köməkçisinin süni intellekt versiyasını təqdim edib.
Trend xəbər verir ki, “Google” ilə əməkdaşlıq çərçivəsində yaradılan yeni versiya daha mürəkkəb sualları cavablandırmaq və tapşırıqları yerinə yetirmək üçün istifadəçi məlumatlarından istifadə edə bilər.
Apple rəhbərləri Siri süni intellektinin konsert biletlərini necə ala, tədbirlər planlaşdıra, fotoşəkillərdəki obyektləri necə müəyyən edə və onlarla necə qarşılıqlı əlaqə qura biləcəyini nümayiş etdiriblər.
Şirkət, istifadəçilərə Sirinin ifadəliliyini və nitq sürətini fərdiləşdirməyə imkan verən Sirinin görünüşünü və səsini yeniləyib.
Yeni funksionallığın mövcudluğu qiymət, coğrafi amillər və cihaz imkanları ilə məhdudlaşacaq.
Apple şirkətinin baş proqram təminatı mühəndisi Kreyq Federiqinin sözlərinə görə, daha güclü serverlər tələb edən təsvir generasiyası kimi funksiyaların gündəlik istifadə limitləri var, lakin genişləndirilmiş giriş iCloud+ abunəliyinin bir hissəsi kimi əldə edilə bilər.
Ən inkişaf etmiş xüsusiyyətlərdən bəziləri yalnız ən son çiplərlə iPhone, iPad və Mac-da mövcuddur.