Bakı. Trend:
Fransa İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriçin ölkəyə girişini qadağan edib.
Trend xarici mediaya istinadla xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib.
"Bu, fələstinlilərə qarşı məskunlaşma zorakılığına görə digər ölkələrlə əlaqələndirilmiş sanksiyaların bir hissəsidir. Fransanın sanksiyaları Qərb Şəriyədə məskunlaşma fəaliyyətinin və zorakılığın artmasına görə məsul olanları hədəf alan Britaniya, Kanada, Avstraliya, Norveç və Yeni Zelandiya ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib", - deyə Fransa XİN rəhbəri qeyd edib.
O bildirib ki, Smotriç Qərb Şəriyənin ilhaqını, Qərb Şəriyədə yeni məskunlaşmaların yaradılmasını, Qəzzanın yenidən müstəmləkələşdirilməsini, Fələstin Muxtariyyətinin iqtisadi çöküşünü və bunun Fələstin əhalisi üçün zərərli nəticələrini fəal şəkildə təbliğ edir:
"Bu, iki dövlətli həll yoluna qəti şəkildə sadiq olan beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin qəbul edə bilməyəcəyi bir siyasətdir".
Qeyd edək ki, Smotriç Fransaya girişi qadağan edilən İsrail hökumətinin ikinci üzvüdür. Daha əvvəl İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben Qvirə Fransaya girişin qadağan edilmişdi.