Bakı.Trend:
Ermənistanda iş adamı və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyana qarşı cinayət işi açılıb.
Trend xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorluğu məlumat yayıb.
Tsarukyan xüsusilə iri məbləğd vergidən yayınmaqda ittiham olunur.
Bu arada erməni “Telegram” kanallarında əsasən bu gün Qaqik Tsarukyan Zvartnos beynəlxalq hava limanı ilə ölkəni tərk etməyə cəhd etsə də, hüquq mühafizə orqanları onun Ermənistandan çıxışına icazə verməyib.