Bakı. Trend:
Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edilib.
Növbəti iclas 23 iyunda keçiriləcək.
Qeyd edək ki, Zülfüqar Mansurov ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb.
O, Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.