Bakı.Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski xanımı ilə Estoniyaya rəsmi səfər edib.
Trend xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edək ki, bu gün (iyunun 9-da) Estoniyada Şimal və Baltik ölkələrinin səkkizliyinin (NB8) zirvə toplantısı keçirilir.
Finlandiyanın Baş naziri Petteri Orpo bildirib ki, o artıq Ukrayna Prezidenti ilə ikitərəfli görüş keçirib. Görüş zamanı, xüsusilə müdafiə texnologiyaları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Bundan əlavə, Ukrayna Prezidentinin nümayəndəsi Sergey Nikiforovun sözlərinə görə, dövlət başçısı artıq Latviya və İsveçin baş nazirləri ilə də görüşlər keçirib.
Həmçinin bildirilib ki, Zelenskinin Estoniya Prezidenti və Baş naziri ilə görüşləri planlaşdırılıb.