Bakı. Trend:
Belarusun BATE klubu UEFA Konfrans Liqasının təsnifat mərhələsinin ev oyunlarını Azərbaycanda keçirəcək.
Trend xəbər verir ki, bu barədə "football.by" saytı məlumat yayıb.
Klub ev oyunları üçün iştirak etmək üçün UEFA-ya Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu sifariş edib.
Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da baş tutacaq. Oyunlar iyulun 9-u və 16-da keçiriləcək. BATE səpələnmişlər səbətində yer alacaq.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı müharibə ilə əlaqədar UEFA Belarus klublarına avrokubok oyunlarını doğma meydanda keçirmək qadağası qoyub.