Bakı. Trend:
Qızıl qiymətləri yüksəlib, ABŞ hökumət istiqrazlarının gəlirliliyi isə Yaxın Şərq münaqişəsinin tez bir zamanda həllinə dair nikbinliyə görə düşüb.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
Comex birjasında avqust ayı üçün qızıl fyuçersləri 1,6% artaraq unsiyası üçün 4539,1 dollara çatıb.
Ticarət zamanı 10 illik ABŞ xəzinə istiqrazlarının gəlirliliyi 4,2 bazis bəndi azalaraq 4,458%-ə düşüb.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti bildirib ki, İsrail və Livan Vaşinqtonda keçirilən danışıqlardan sonra atəşkəsi qorumaq barədə razılığa gəliblər. Tərəflər hərtərəfli razılığa gəlmək məqsədi ilə siyasi və təhlükəsizlik müzakirələrini bərpa etmək niyyətindədirlər.