Bakı. Trend:
Hesablama Palatasının vəzifələri və hüquqları genişləndiriləcək.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Hesablama Palatası öz fəaliyyətində sığorta sirrinin qorunmasını da təmin etməli olacaq.
Qurum həmçinin dövlət auditi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan informasiya sisteminə sahiblik edəcək və öz fəaliyyətini həyata keçirərkən həmin sistemdən istifadə edəcək.
Bununla yanaşı, Hesablama Palatasının üzvləri dövlət auditoru hesab ediləcəklər.