Bakı. Trend:
2026-cı ilin aprel ayının sonuna olan məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihələr portfelinin həcmi 892 milyon avro təşkil edib və 36 layihəni əhatə edib.
Trend xəbər verir ki, AYİB-in məlumatına əsasən, bankın bu layihələrdə iştirak payı 1 faiz səviyyəsindədir, əməliyyat aktivlərinin həcmi isə 690 milyon avro qiymətləndirilir.
Portfelin strukturunda davamlı infrastruktur layihələri üstünlük təşkil edir və onların payı 89 faizdir. Maliyyə institutlarının payı 7 faiz, korporativ sektorun payı isə 3 faiz təşkil edir.
Portfelin ümumi dəyərində özəl sektorun payı 41 faizə bərabərdir.
AYİB fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan iqtisadiyyatına ümumilikdə 3,660 milyard avro investisiya yatırıb. Ayrılmış maliyyə vəsaitlərinin ümumi həcmi isə 3,409 milyard avro təşkil edib.
Bu günədək AYİB Azərbaycanda 202 layihənin həyata keçirilməsinə dəstək göstərib.