Bakı.Trend:
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə iyunun 3-də saat 17 radələrində Sabirabad–Hacıqabul avtomobil yolunun rayonun Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şıxsalahlı kənd sakini Fəttahov Nurlan Qasım oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Hacıqabul istiqamətində hərəkətdə olarkən yolun solundan sağa keçən velosipedçi, həmin kənddə yaşayan Məmmədli Hüseyn Sarvan oğlunu vurub.
Nəticədə Hüseyn Məmmədli aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.