Bakı. Trend:
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu barədə Trend-ə "Azərişıq" ASC-dən məlumat verilib.
"İyunun 4-də Yasamal, Nizami və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri aparılacaq. Transformator Məntəqəsində (TM) həyata keçirilən təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonunun Məhəmməd Naxçıvani, Fuad İbrahimbəyov, İbrahim Əbilov, Abdulla Şaiq küçələrinin bir hissəsində elektrik enerjsinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin eyni saatlarda Nizami rayonunda 2 TM-də görüləcək təmir-təftiş işləri zamanı enerji fasiləsi Keşlə qəsəbəsi, Qara Qarayev prospekti və Əli Vəliyev küçəsinin bəzi ərazilərini əhatə edəcək.
Xəzər RETSİ ərazisində 35/6 kV-luq 459 saylı yarımstansiyadan qidalanan altı kV-luq elektrik xətlərində naqillərin yenilənməsi ilə əlaqədar saat 10:00-dan 15:00-dək Mərdəkan qəsəbəsi, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Ramin Qasımov küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.
Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.