Bakı. Trend:
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə Trend-ə Nazirlikdən bildirilib.
Əlavə məlumat veriləcək.
xxx
00:02
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.