Macarıstanın yeni baş naziri Peter Magyar bildirib ki, Ukrayna ilə aralarında rəsmi əlaqələr yalnız həmin ölkədə macar dilinin tanınmasından sonra mümkündür.
Modern.az xəbər verir ki, Peter Magyar deyib: “Bizim üçün ən vacib şey, Ukraynada yaşayan təxminən 100.000 macarın 10-15 il ərzində yenidən məktəblərdə, mədəniyyət sahəsində və hökumətdə ana dilindən istifadə edə biləcəyinə dair zəmanət almaqdır. Bizim Ukrayna tərəfi üçün yeni olmayan 11 maddəlik təklifimiz var. Bu, əsasən təhsil, mədəni və dil hüquqları ilə bağlıdır.
Ukrayna tərəfinin bu bəndləri həyata keçirməsini gözləyirik. Bu, xüsusi tələb deyil. Avropada və digər yerlərdə bu, fundamental insan hüququdur: insan harada yaşayırsa, hətta azlıq kimi, onlar ana dilindən istifadə edə bilməlidirlər.
Bundan sonra, düşünürəm ki, Macarıstan və Ukrayna xarici işlər nazirləri arasında rəsmi görüş mümkün olacaq”.