İranın xarici işlər naziri Abbas Araqçı müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın vacib olduğunu vurğulayıb.
Modern.az xəbər verir ki, Araqçı sosial media paylaşımında bildirib: “Çox həssas bir dövrdə sülhsevər müsəlman liderləri sülhün yolunu açmaq üçün çiyin-çiyinə dayanırlar”.
Nazir əlavə edib ki, mövcud şəraitdə regional ölkələr arasında həmrəylik və əməkdaşlıq çox vacibdir və müsəlman liderlərinin birgə səyləri tarixə düşəcək.
İranlı nazir paylaşımını bütün müsəlmanlara Qurban bayramı təbriklərini çatdıraraq yekunlaşdırıb.