Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger Rusiyanın bu ölkədəki səfiri Andrey Qrozovu Xarici İşlər Nazirliyinə çağırıb.
Modern.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Rusiya tərəfindən atılan addımlar və artan gərginlik fonunda Moskvaya etirazını çatdırmaq üçün səfir XİN-ə dəvət olunub.
“Rusiyanın eskalasiyasına qarşı etirazımızı birmənalı şəkildə bildirmək üçün Rusiyanın Vyanadakı səfirini çağırdım”, – deyə nazir qeyd edib.
Qeyd edək ki, Avstriya tərəfi son günlər Rusiyanın addımlarını regionda təhlükəsizliyə təhdid kimi qiymətləndirir.