Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi əsasında prezident Vaaqn Xaçaturyanın fərmanı ilə Silahlı Qüvvələrin bir qrup zabitinə general-mayor rütbəsi verilib.
Modern.az xəbər verir ki, bu barədə müdafiə naziri Suren Papikyan öz Facebook səhifəsində məlumat yayıb.
Onun məlumatına görə, general-mayor hərbi rütbəsi aşağıdakı şəxslərə verilib:
Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasının rəisi, polkovnik Arsen Mangasaryan;
3-cü ordu korpusunun komandiri, polkovnik Simon Nazaryan;
5-ci ordu korpusunun komandiri, polkovnik Qagik Poqosyan;
Hərbi-tibbi xidmət polkovniki Geqam Paşikyan (Müdafiə Nazirliyinin hərbi-tibbi təminat idarəsinin rəisi)
Bundan əlavə, Müdafiə Nazirliyinin baş katibi Hamlet Batikyana dövlət mülki xidməti üzrə 1-ci dərəcəli dövlət müşaviri ixtisas rütbəsi verilib.