İranın “Əl-Aləm” telekanalının Suriyadakı keçmiş müxbiri Hüssam Zidan Livanın cənubundakı Sayda bölgəsinə İsrailin hücumu nəticəsində həlak olub. Modern.az xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.
H.Zidan 2009-cu ildən “Əl-Aləm” TV-nin Suriya bürosunda müxbir işləyib. Jurnalist 2011-ci ildən bəri Deyr əz-Zor, Həma və Hələbdəki döyüşləri işıqlandırıb.
Kanal həmçinin mərhum jurnalistin oğlunun İsrailin Sayda bölgəsinə hücumundan sonra reanimasiyada olduğunu bildirib.
İsrail ordusu son günlərdə Livanın cənubuna hücumları gücləndirib. Livan hakimiyyəti İsraili müntəzəm olaraq Vaşinqtonda danışıqlardan sonra aprel ayında elan edilən atəşkəsi pozmaqda ittiham edir.