Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa və ABŞ Konqresinə ölkəsində hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı barədə xəbərdarlıq məktubu göndərib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mediası prezidentin müşaviri Dmitri Litvinə istinadən məlumat yayıb.
"Raketdən müdafiə məsələsinə gəldikdə, dostlarımıza güvənirik", - məktubda deyilir.
Ukraynanın ballistik raketlərdən müdafiə məsələsində demək olar ki, tamamilə ABŞ-dən asılı olduğu vurğulanır.
Zelenskinin məktubunda PURL proqramı vasitəsilə əldə edilən silahların həcminin artıq Kiyevin üzləşdiyi real təhlükə səviyyəsinə uyğun gəlmədiyi də qeyd olunub.