Zoxran Mamdani növbəti 10 il üçün nəzərdə tutulan genişmiqyaslı mənzil proqramını təqdim edib. Layihə ABŞ-də son illərin ən iddialı yaşayış təşəbbüslərindən biri hesab olunur.
Modern.az xəbər verir ki, bu barədə ABŞ KİV məlumat yayıb.
Qeyd edilir ki, proqram çərçivəsində 200 min əlçatan mənzilin tikilməsi, daha 200 min mövcud yaşayış sahəsinin qorunub saxlanılması planlaşdırılır. Layihəyə əsasən, mənzil tikintisinə 22 milyard dollar, şəhərin yaşayış fondunun modernləşdirilməsinə isə 5,6 milyard dollar ayrılması nəzərdə tutulur.
Sənədə görə, şəhər layihələrində çalışan tikinti işçiləri üçün minimum əməkhaqqı saatda 40 dollar olacaq. Eyni zamanda tikinti normalarına nəzarətin gücləndirilməsi və modul tipli yaşayış evləri ilə bağlı qaydaların sadələşdirilməsi planlaşdırılır.
Mamdani bildirib ki, mənzil böhranının əsas səbəbi yaşayış sahələrinin çatışmazlığıdır.
“Mənzil qiymətlərini azaltmaq üçün daha çox mənzil tikmək lazımdır”, – deyə o vurğulayıb.
Plan ABŞ Demokratlar Partiyası daxilində də müzakirələrə səbəb olub. Söhbət genişmiqyaslı tikinti ilə yüksək maaşlı iş yerlərinin eyni vaxtda qorunmasının mümkün olub-olmamasından gedir. Mamdani isə hesab edir ki, şəhər həm daha çox mənzil inşa edə, həm də işçilər üçün layiqli əməkhaqqını təmin edə bilər.