Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yaxın zamanda yeni təmaslar gözlənilmir.
Modern.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
O, iki ölkə rəhbərinin son günlərdə artıq görüşdüyünü xatırladıb.
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun isə Ermənistanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) Astana sammitində işçi səviyyəsində iştirak edəcəyini deyib. O, Astanada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş nazir müavini Mher Qriqoryan arasında ayrıca görüş planlaşdırılmadığını da deyib.